20 aprel 2024 09:28
204

"Formula 1": Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub

"Formula 1" üzrə Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub.

“Mercedes”in britaniyalı sürücüsü Lüis Hemilton ikinci, Ferstappenin meksikalı komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Çin Qran-prisində əsas yarış aprelin 21-də baş tutacaq.