Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib
Batumidə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib