20 aprel 2024 15:11
179

İrakli Qaribaşvili: Gürcüstan Aİ-yə qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

Avropa İttifaqı Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir vaxt gələrsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək.

“İki sahil” xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib.

“Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman onu ləğv etmək (xarici agentlər haqqında qanun – red.), ona yenidən baxmaq”, – Qaribaşvili jurnalistlərə deyib.

Siyasətçinin sözlərinə görə, Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alanda Avropa İttifaqı ilə münasibətlərdə pik həddə çatıb. Bundan sonra Aİ-yə daxil olmaq üzrə danışıqlar başlasa da İttifaq ölkələri arasında hələlik konsensus yoxdur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”