20 aprel 2024 18:26
178

“Qarabağ” – “Qəbələ” oyununda qollu bərabərlik

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ" "Qəbələ"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində Bilel Auşeriya hesabı açıb. Oyunun 66-cı dəqiqəsində Yassin Benzianın bərabərlik qolunu vurduğu yarışın 71-ci dəqiqəsində Abdullah Zubir ağdamlıları hesabda önə çıxarıb. 85-ci dəqiqədə isə Yaovi Akakpo hesabı bərabərləşdirib.

Misli Premyer Liqası,

31-ci tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” 2–2 “Qəbələ”

Qollar: Bilel Auşeriya, 19 (0:1), Yassin Benzia, 66 (1:1), Abdullah Zubir, (1:2), 71 (2:1), Yaovi Akakpo, 85 (2:2)

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”