20 aprel 2024 19:52
180

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının azı üç üzvü həlak olub.

“İki sahil” xəbər verir ki, İsrailin endirdiyi zərbələr nəticəsində daha iki döyüşçünün yaralandığı bildirilir.

Yerli mətbuatın verdiyi məlumata görə, xilasedicilər bombalanmış binanın dağıntılarını təmizləməyə davam edir və qurbanların sayının artacağı istisna edilmir.

Hələlik Livan tərəfi hadisəyə reaksiya verməyib.