20 aprel 2024 20:54
235

“Zirə” “Neftçi”ni məğlub etdi

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı açıb. 43-cü dəqiqədə isə Rəhim Sadıxov qəsəbə təmsilçisinin bərabərlik qolunu vurub.

67-ci dəqiqədə Ceyhun Nuriyevin qırmızı vərəqə alaraq azlıqda qoyduğu “Zirə” 78-ci dəqiqədə Fuad Bayramovun vurduğu qolla hesabda irəli keçib. 85-ci dəqiqədə isə Vladislav Kulaç qəsəbəlilərin üstünlüyünü iki topa yüksəldib – 3-1.

Misli Premyer Liqası,

31-ci tur

20 aprel (şənbə)

19:00. “Zirə” 3–1 “Neftçi”

Qollar: Emin Mahmudov, 19-pen. (0-1), Rəhim Sadıxov, 43 (1-1), Fuad Bayramov, 78 (2-1), Vladislav Kulaç, 85 (3-1)

Qırmızı vərəqə: Ceyhun Nuriyev, 67 ("Zirə")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”