21 aprel 2024 03:00
203

Avropa kuboku: Cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıblar

İtaliyanın Liqnano şəhərində cüdoçu gənclər arasında Avropa Kubokuna start verlib.

“İki sahil” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Musayev (66 kq) isə 3-cü yeri tutub.

Qeyd edək ki, ilk günündə oğlanlar arasında 2 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.