Health-food.rf portalının mütəxəssisləri qanı sağlam saxlamaq üçün pəhrizə hansı qidaların daxil edilməsi ilə bağlı tövsiyələr veriblər.
“İki sahil” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. Qeyd edilir ki, bəzi qidaların, o cümlədən yağlı qidaların əlavə edilməsi qan tərkibini yaxşılaşdırmağa kömək edir.
Əhəmiyyətli komponentlərdən biri qırmızı qan hüceyrələrinin meydana gəlməsi üçün lazım olan dəmirdir. Onların məlumatlarına görə, qırmızı ət yüksək hemoqlobin tərkibinə görə yaxşı dəmir mənbəyi hesab olunur. Bundan əlavə, dəmir mal əti qaraciyəri və yumurtada da var.
Həkimlər vurğulayıblar ki, adı çəkilən qidalar maqnezium, doymamış yağ turşuları və vitaminlər kimi digər qida maddələri ilə də zəngindir.
Bununla belə, qidaların tərkibindəki xolesteroldan xəbərdar olmaq və optimal istehlak səviyyəsi ilə bağlı həkiminizlə məsləhətləşmək vacibdir.
Nüsrət Məmmədov, "İki sahil"