22 aprel 2024 15:07
439

Pendir dişləri kariesdən QORUYUR

Britaniyalı həkim Maykl Mosli “Daily Mail”ə bildirib ki, pendir kimi süd məhsulları çeynəmə zamanı tüpürcək istehsalını stimullaşdırır, bu da dişlərin səthində turşunun neytrallaşdırılmasına kömək edir və kariesin inkişafının qarşısını alır.

“İki sahil” “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat verən Mosli izah edib ki, kalsiumla zəngin olan süd məhsulları ağız boşluğunda turşu-qələvi balansının saxlanmasında mühüm rol oynayır və dişlərə faydalı təsir göstərir, kariyesin qarşısının alınmasını təmin edir.

Həkimin sözlərinə görə, tüpürcək dişlərə zərər verə bilən turşuları və qələviləri zərərsizləşdirir. Hər yeməkdən sonra dişlərin səthinin turşuluğu dəyişir. Ancaq turşular həddindən artıq olması çürüklərin inkişafına səbəb ola bilər.

Pendir ağız boşluğunda pH səviyyəsini normallaşdırmağa kömək edir ki, bu da minanın məhv edilməsinin qarşısını alır. Həkim qeyd edib ki, şirin yeməklərdən sonra pendir yemək xüsusilə faydalı ola bilər. Çünki şəkər ağız boşluğunda turşu əmələ gətirən bakteriyaların əmələ gəlməsinə kömək edir.

Nüsrət Məmmədov, "İki sahil"