22 aprel 2024 15:35
204

Tuhel bu klubla danışıq aparır

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Tomas Tuhel “Mançester Yunayted”i çalışdıra bilər.

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə klubunun rəhbərliyi ilə bu barədə danışıq aparır.

Uğursuz mövsüm keçirən "Mançester Yunayted"in yeni mövsümdən Erik Ten Haqı başqa məşqçi ilə əvəzləyəcəyi haqda isə daha əvvəl xəbərlər yayılıb.

Qeyd edək ki, Tuhel 2022/23 mövsümündə Münhen klubu ilə Bundesliqanın qalibi olub. Onun klubla 2025-ci ilin iyun ayına qədər müqaviləsi olsa da, bir müddət əvvəl mövsümün sonunda komandadan ayrılacağını bildirib.