22 aprel 2024 15:57
206

Ançelottidən Ardaya şad xəbər

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler haqqında danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin az oyun şansı almasına toxunub. O, Türkiyə millisinin üzvünün gələcək həftələrdə istədiyi imkanı əldə edəcəyini deyib: "Arda Güler növbəti həftələrdə istədiyi şansı qazanacaq".

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Lakin futbolçu komandada cəmi 7 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb. Oyunçu 1 qola imza atıb.