Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycana dəstəyini ifadə edərək onunla sıx əməkdaşlığını davam etdirəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin BMT yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.
“COP28-in prezidenti olaraq, bu gün Yer Günü münasibətilə keçirdiyi brifinq zamanı Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin COP29-a sədrliyinə tam dəstəyimizi çatdırdıq. BƏƏ COP Sədrlik Üçlüyü vasitəsilə Azərbaycanın COP29 və Braziliyanın COP30 sədrliyi ilə sıx əməkdaşlığı davam etdirəcək. Üçlük davamlılığı təmin edəcək, dinamikanı qoruyacaq və COP28 nəticələrinin icrasını dəstəkləyəcək”, – BƏƏ-nin BMT-dəki diplomatik missiyası diqqətə çatdırıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir