23 aprel 2024 09:49
179

Bu il istehsal olunan elektrik enerjisinin həcmi açıqlandı

Azərbaycanda bu ilin I rübündə elektrik enerjisinin istehsalı 7 129,3 mln. kVt-saat, ixrac 360,3 mln. kVt-saat, idxal 44,3 mln. kVt-saat olub.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt-saat artımla 610,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - o paylaşımda qeyd edib.