23 aprel 2024 10:49
238

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

Gürcüstanın baş naziri İrakli Kobaxidze Çempionlar Liqasının 2028-ci ildə keçiriləcək finalına ev sahibliyi etmək istədiklərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Gürcüstan hakimiyyəti Tbilisidə Çempionlar Liqasının finalı səviyyəsində oyunlar keçirə biləcək 70 min tamaşaçı üçün futbol stadionu tikəcək.

İ.Kobaxidze "TASS"a açıqlamasında deyib:  “Biz idmana, daha dəqiq desək, futbol və reqbiyə aid olan mühüm meqalayihəni elan etmək istərik. Biz Tbilisidə bu iki idman növünə xidmət edəcək yeni stadion tikmək istəyirik. O, 70 min tamaşaçı tutumuna malik olacaq və ən yüksək beynəlxalq standartlara cavab verən stadion olacaq ki, bu da bizə Çempionlar Liqasının finalı da daxil olmaqla, paytaxtımızda ən yüksək səviyyəli oyunları keçirmək imkanı verəcək.

Biz 2028-ci ildə Çempionlar Liqasının finalını tikiləcək yeni stadionda keçirmək üçün müraciət edəcəyik”.