23 aprel 2024 15:04
277

Modriç hələlik karyerası ilə bağlı qərar verməyib

"Real"ın futbolçusu Luka Modriç İspaniya klubundakı karyerası ilə bağlı hələlik qərar verməyib.

"İki sahil" "Marca" nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılıb-ayrılmamaqla bağlı tezliklə fikrini qətiləşdirəcək.

38 yaşlı təcrübəli oyunçu ötən yay İspaniyada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanı klubunun 100 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, Mordiç cari mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kral klubu" ilə müqaviləsi yayda başa çatacaq.