Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib.
“İki sahil” bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən sərnişinləri qəbul edəcək.
Parlamentin komitə sədri müasir çağırışlara uyğun İqlim Qanunu qəbul edilməsini zəruri hesab edir
4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir