24 aprel 2024 00:59
213

Rusiya Ukraynanın itkilərini açıqladı - 790-cı gün

Rusiya müharibənin 790-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 592 təyyarəsi, 270 helikopteri, 22 633 PUA-sı, 509 zenit-raket kompleksi, 15 824 tank və digər zirehli texnikası, 1 269 reaktiv yaylım atəş sistemi, 9 065 artilleriya və minaatanı, 21 252 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.