24 aprel 2024 01:37
542

"Ölüm pompası"nın sirri

1876-cı ildə çəkilmiş bir fotoda heç bir şeydən xəbərsiz uşaqların “Ölüm pompası”dan qayğısızcasına su içmələri əks olunub. Amma sonra onu tamam başqa cür adlandırdılar. Bu, Londonun mərkəzində mərkəzi su təchizatına qoşulmayan bir neçə nasosdan biri olan “Aldgate” nasosu idi.

13-cü əsrin əvvəllərində burada quyu olub. Nasos ilk dəfə 16-cı əsrdə quyunun yerində quraşdırılmışdı. 18-ci əsrdə bu günə qədər qalan bir daş abidə quraşdırılaraq yenidən quruldu.

Abidənin üzərində qurd başı formasında olan mis heykəlin də maraqlı simvolik tarixçəsi var. “London Siti”də olan sonuncu canavar burada güllələnmişdi.

Bu nasosdakı su həmişə dad baxımından ən təmiz və ideal hesab edilmişdi. Yerli çay tacirləri həmişə çaydanlarını burada doldururdular - belə sudan hazırlanmış sudan çay dadmaq xoş idi.

Burada insanlar tez-tez görüşür, ünsiyyət qurur, ən son xəbərləri müzakirə edirdilər. Bu, həm də bir növ sərhəd idi – oradan sonra Şərqi London başlayırdı. Buna görə də “şərqlilərə” yuxarıdan aşağı baxan mərkəz sakinləri arasında nifrət dolu bir deyim yaranmışdı: "Aldgate” nasosunun şərqindəki insanları içki, pislik və cinayətdən başqa heç nə maraqlandırmır"

1876-cı ildə suyun birdən-birə dadı dəyişməyə başladı. Lakin bu, sakinləri narahat etmədi. Onlar suyun minerallaşdığını və daha da yaxşılaşdığını düşünürdülər. Sonradan məlum oldu ki, dadın dəyişməsinin daha pis bir səbəbi var. Bulaq yerli qəbiristanlıqla təmasda olmuşdu. Su, həqiqətən də kalsiumla qismən minerallaşmışdı, lakin eyni zamanda zəhərli olduğu ortaya çıxdı. Yüzlərlə insan zəhərlənmədən öldü.

Yaxınlıqda yerləşən Aldermari qəbiristanlığı Londonun tarixində pis bir iz qoydu.

Araşdırma aparılaraq, bundan sonra nasos məcburi şəkildə mərkəzi su təchizatı sisteminə qoşulsa da, ondan artıq heç kim istifadə etmək istəmirdi.

İndi həmin daş bulaq orada abidə kimi qalır. Onun sıx bağlı olduğu bu qorxulu hekayəni isə az adam xatırlayır.

Nubar Süleymanova, “İki sahil”