23 aprel 2024 21:12
271

Azərbaycanın U-17 millisi Belarusa uduzub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığma “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Turnirin bu gün keçirilən digər oyununda Özbəkistan milli komandası Tacikistan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-17 aprelin 25-də, saat 16:00-da Özbəkistan, aprelin 28-də, saat 13:00-da isə Tacikistan yığması ilə görüşəcək.