24 aprel 2024 08:09
186

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Hindistan 250 kilometr mənzilli “Kristal Maze-2” ballistik raketini uğurla sınaqdan keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, sözügedən orta mənzilli ballistik raketin sınağı onun əməliyyat qabiliyyətini sübut edib.