24 aprel 2024 08:24
232

Almaniyada “Adidas” və “Nike”ın mübahisəsi ilə bağlı apellyasiya prosesi başlayıb

Almaniyada idman malları istehsalçıları “Adidas” və “Nik”e arasında Amerika brendinin məhsulları üstündə zolaqlarla bağlı yaranan mübahisə üzrə apellyasiya prosesi başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti yazıb.

Məlumata görə, mübahisəyə səbəb üç paralel zolaq – “Adidas” şirkətinin tanınmış ticarət markası idi. 2022-ci ildə istehsalçı Amerika markasının məhsullarında oxşar zolaqlar aşkar edib. “Adidas” “Nike”ı iki və ya üç zolaqlı bir neçə idman şalvarının dizaynına bənzədiyini düşündüyü üçün istehsalçını müəllif hüquqlarını pozmaqda təqsirləndirərək məhkəməyə verib. 2022-ci ilin sentyabrında Düsseldorf Federal Məhkəməsi “Nike”ın Almaniyada beş şalvar modelini satmasını qadağan edən qərar çıxarıb.

Bir il sonra, 2023-cü ilin sentyabrında məhkəmə qərarı qüvvədə saxlayıb, lakin “Nike” dizaynı "çox adi və sadə" olduğu üçün “Adidas”ın zolaq dizaynı ilə bağlı arqumentlərini olduqca hərfi hesab edərək, ondan apellyasiya şikayəti verib. Şirkət qeyd edib ki, çoxlu sayda istehsalçı idman şalvarlarının yanlarını zolaqlarla bəzəyir, bu səbəbdən onlardan istifadə edilən dizayn məhsulun konkret brendə aid olduğunu göstərmir.

Qərarın mayın 28-də veriləcəyi gözlənilir.