24 aprel 2024 13:12
184

Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir

Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, iclasda Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir.

Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanı Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir.

Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları komik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, TDT ölkələrinin kosmik sahədə əməkdaşlığı məsələlərinə həsr olunmuş birinci iclas 2021-ci il dekabrın 20-də Bakıda keçirilib. Növbəti tədbir 2023-cü ildə Daşkənddə baş tutub. Bu iclasda komik sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri müəyyən edilib və razılaşdırılıb.

İclasın sonunda 2025-ci il üçün Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasına ev sahibliyi Azərbaycana veriləcək.