24 aprel 2024 15:31
191

Sabunçuda açıq ərazidə yanğın söndürülüb -  YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə “İki sahil"ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.