05 may 2024 21:35
252

Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var 

Ağstafa rayon Poylu kəndində 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, yaralananlar 1965-ci il təvəllüdlü Fazil Əliyev, 2003-cü il təvəllüdlü Hidayət Cəfərov və 1977-ci il təvəllüdlü Zahid Hüseynovdur.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.