24 aprel 2024 15:58
214

ABŞ Ukraynaya ayırdığı yardım paketinin yarıdan çoxunu özünə xərcləyəcək- KİV

Amerika Birləşmiş Ştatları uzun gecikmədən sonra nəhayət ki, Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədi. Lakin amerikalılar yeni paketin yarıdan çoxunu özlərinə xərcləyəcəklər. Kiyev yardımın çox az hissəsini və əsasən kreditlə alacaq.

“İki sahil”in məlumatına görə, bu barədə “Əl-Cəzirə” nəşri xəbər verir.

Altı aylıq dramın finalı. ABŞ Konqresi Ukrayna və İsrailə yardım üçün qanun layihələri paketini təsdiqləyib.

Müəlliflər qeyd edirlər ki, Ukrayna bu yardımı aldıqdan sonra rahat nəfəs alsa da, hərbi ekspertlər bu yardım paketinin cəbhədəki vəziyyətə təsir edəcəyini gözləmirlər. 

Politoloq Dmitri Kim hesab edir ki, Ukraynaya nominal olaraq ayrılan pulların demək olar ki, hamısı Amerika iqtisadiyyatında və ABŞ hərbi-sənaye kompleksində qalacaq. Kiyevə hərbi dəstək haqqında qanun layihəsinin benefisiarları Amerika silah korporasiyaları olacaq.