06 may 2024 02:02
255

Nazir: Rusiyanın son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Rusiyanın enerji infrastrukturuna kütləvi zərbələrinin son dalğası Ukraynaya 1 milyard dollardan çox ziyan vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko telemarafonun efirində məlumat verib.

"Bu gün bir milyard dollardan çox itkidən danışırıq, lakin hücumlar davam edir və zərərin artacağı qaçınılmazdır”, deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın əsas hücumları istilik və hidroelektrik istehsal obyektlərinə, eləcə də elektrik enerjisinin ötürülməsi sistemlərinə yönəlib.

"Sistem bu gün stabildir, lakin vəziyyət kifayət qədər mürəkkəbdir", deyə Qaluşenko vurğulayıb.