24 aprel 2024 17:00
258

Okan Buruk Avropanın zirvəsindədir

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Okan Buruk Avropanın 10 böyük liqasında bir mövsümdən çox komanda çalışdıran fəal məşqçilər arasında 2,41  xalla  Karlo Ançelotti, Pep Qvardiola və Yurgen Klopp kimi adları geridə qoyaraq, Avropanın zirvəsinə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu mövsüm “Qalatasaray”da ardıcıl ikinci çempionluğu hədəfləyən Okan Buruk uğurlu çıxışı ilə bütün statistikanı alt-üst edib.

Təcrübəli məşqçini “Mançester Siti”nin ispaniyalı məşqçisi 2,34 xalla Pep Qvardiola ikinci yerdə izləyir. “Benfika”nın alman məşqçisi Rocer Şmidt isə 2,30 xalla siyahının üçüncü pilləsində qərarlaşıb.

Siyahının 4-cü pilləsində “Portu”nun portuqaliyalı çalışdırıcısı Serxio Konseysao (2,29), “Real Madrid”in italiyalı məşqçisi Karlo Ançelotti isə 2,27xalla 5-ci yerdədir.

Qeyd olunan baş məşçiləri ardıcıllıqla Ruben Amorim (“Sportinq”), Xabi Alonso ("Bayer"), Simone İnzaqi ( “İnter”), Arne Slot ("Feyenoord"), Yurgen Kloop (“Liverpool”) izləyirlər.