24 aprel 2024 18:03
214

Bu il Azərbaycana gələn Qazaxıstan vətəndaşlarının sayı 135% artıb

Bu ilin birinci rübündə Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 135% artıb.

Bu barədə "İki sahil"ə Dövlət Turizm Agentliyindən bildirilib.

Hesabat dövründə Qazaxıstandan Azərbaycana gələnlərin sayı 16 522 nəfər təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,7 %-i Rusiya Federasiyası, 19,3 %-i Türkiyə, 10,3 %-i İran, 7,2 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 3,2 %-i Qazaxıstan, hər birindən 2,4 % olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla Türkmənistan və Küveyt, 1,4 %-i Ukrayna, 1,2 %-i Belarus, 12,2 %-i digər ölkələrin vətəndaşları olub.