24 aprel 2024 18:08
259

Haaland növbəti oyunu buraxacaq

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandadakı zədəli futbolçularla bağlı vəziyyətdən danışıb.

“İki sahil” xəbər verir ki, o, hücumçusu Erlinq Haalandın İngiltərə Premyer Liqasının 29-cu turunun "Brayton"la təxirəsalınmış oyununu buraxacağını deyib:

“Erlinq Haaland sabaha hazır deyil. Digər iki futbolçu - FilFoden və Con Stounz isə hazırdır. Hər bir futbolçu oynamağa layiqdir. Həmişə start heyət planlarımız olur. Təbii ki, sevimli oyunçularımız var. Lakin hər kəs oyuna öz töhfəsini verir".

Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Mançester Siti” hazırda  İngiltərə çempionatının turnir cədvəlində 73 xalla üçüncüdür.