24 aprel 2024 18:29
265

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.

Qurumdan “İki sahil"ə verilən məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.