25 aprel 2024 10:01
179

Xankəndidə ötən gün silah və sursatlar aşkarlandı

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.