25 aprel 2024 10:32
250

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, yarımfinalın ilk matçında "Neftçi" İK və "Baku Fire" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da başlayacaq.

Digər yarımfinal görüşündə ölkə çempionu "Araz-Naxçıvan" PFL-i sınağa çəkəcək. Bu matç saat 18:00-da star götürəcək.