Sağlamlığımız üçün şəfalı tərəvəzlər arasında yer alan xiyar bir çox fərqli vəziyyətdə istehlak edilə bilər. Ancaq bəzən təzəliyini itirir və yumşalmağa başlayır. Belə olan halda xiyar israf olunur.
“İki sahil” xəbər verir ki, xiyarların təzə qalması üçün soyuducuya qoyulması effektiv bir yoldur. Ancaq bəzi hallarda soyuducuda olanda belə xarab olur. Bunun səbəbi onun uyğun şərtlərdə saxlanması üçün bəzi tövsiyələrin nəzərə alınmamasıdır.
Əvvəla, diqqət etmək lazimdir ki, xiyarlar sərin, quru yerdə saxlanılsın. Bu səbəbdən onu tərəvəz bölməsindən başqa heç bir bölməyə qoymamalısınız. Eyni zamanda onu saxlama qabına qoyub mühafizə etmək daha faydalı olar.
Saxlama qabına salfet əlavə edib xiyarları düzmək lazımdır. Normal yerləşdirildikdə çürümənin qarşısı alına bilər. Xiyarın digər meyvə və ya tərəvəzlərlə təmasının qarşısını almalısınız.
Digər praktik üsul isə xiyarları su ilə dolu bir qabda saxlamaqdır. Su xiyarların qurumamasını təmin edir. Beləliklə, onlar uzun müddət təzə qala bilərlər. Bununla belə, suyun bulanıqlaşması və pis qoxu verməməsi üçün hər gün dəyişdirməyi unutmayın. Bu üsul xüsusilə xiyarların az saxlanılan müddətdə istehlak ediləcəyi zaman lazımdır.
Xiyarların dondurulması da bir seçim ola bilər. Bununla belə, dondurma xiyarın keyfiyyətinə zərər verə bilər. Soyuq içkilər üçün istifadə etmək istəyirsinizsə, onu dilimləyib hava keçirməyən torbalarda dondura bilərsiniz.
Aldığınız xiyarların necə saxlanacağını bilmək onların uzun müddət təzə qalmasına kömək edir. Bu sayədə təravətli xiyar istehlak edib büdcənizə qənaət etmiş olarsınız.