25 aprel 2024 12:12
199

ABŞ Ukraynanın qələbəsinə şübhə edir - “Politico”

“Politico” nəşri adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri Kiyevin hətta təxminən 61 milyard dollarlıq yeni yardım paketini aldıqdan sonra belə, döyüş meydanında irəliləyiş əldə edə bilməcək.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr yazır ki, bu yardım paketi Ukraynanın qələbəsinə zəmanət vermir. ABŞ rəhbərliyi buna inanmır.

Rəsmilər bildirirlər ki, döyüş meydanındakı dinamika son aylarda xeyli dəyişib. Onların fikrincə, bu, qismən Ukrayna tərəfində sursat çatışmazlığı ilə bağlı olub, lakin yardımdan sonra belə, aylar və illər ərzində itirilən əraziləri geri qaytarmaq üçün ciddi səylər tələb olunacaq. Eyni zamanda, Birləşmiş Ştatlar Kiyevin taktikasını və prioritetlərinə şübhə ilə yanaşır. Bunda keçən ilki uğursuz əks-hücumun da rolu var.