25 aprel 2024 13:27
208

Azərbaycanın Şimali Kiprə olan münasibəti digər türk dövlətlərinə nümunə olmalıdır- Yasemi Öztürk

Azərbaycanın Şimali Kiprə olan münasibəti digər türk dövlətlərinə nümunə olmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin nümayəndəsi Yasemi Öztürk Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın qardaşlıq münasibətləri yeni deyil, bu bağlar illərdir davam edir:

"İkinci Qarabağ müharibəsində qazanılan zəfərdən sonra əlaqələr daha da inkişaf edir. Bu münasibətlərin də türk dövlətləri arasında nümunə kimi qəbul edilməsini istəyirik".