25 aprel 2024 14:37
221

SSRİ-nin dağılmasından sonra strateji nüvə silahlarının Belarusdan çıxarılması səhv qərar idi - Lukaşenko

Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, SSRİ-nin dağılmasından sonra strateji nüvə silahlarının ölkəsindən çıxarılması səhv qərar idi.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Əgər mən o zaman qərar verməli olsaydım, biz heç vaxt strateji nüvə silahlarını Belarus ərazisindən çıxarmazdıq. Bu, ən güclü arsenal idi. Amma bu, amerikalıların xahişi ilə məndən əvvəl qərara alınıb”, - deyə o, qeyd edib.

O qeyd edib ki, indi Prezident kimi onun xahişi ilə Rusiyadan gələn nüvə silahları Belarusda yerləşdirilib.

Onun sözlərinə görə, bu, strateji deyil, taktiki silahdır.