25 aprel 2024 14:51
194

Avropa İttifaqı böyük risklərlə üz-üzədir

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı qarşıdakı illərdə zəifləyəcək və hazırda  böyük risklərlə üz-üzədir.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

O, bunu prezidentin sosial şəbəkə hesabında yayımlanan Sorbonnada çıxışı zamanı deyib.

Makronun sözlərinə görə, yaxın illərdə zəifləmə riskləri böyükdür. "Biz aydın şəkildə anlamalıyıq: Avropa ölümcüldür və ölə bilər".

Fransa prezidenti əlavə edib ki, Avropa üçün yoxsullaşma riskləri yüksəkdir, ona görə də Avropa İttifaqının böyümə və inkişaf üçün yeni strategiyaya ehtiyacı var.