25 aprel 2024 15:43
267

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

Azərbaycanın yeniyetmə taekvondoçuları aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə start götürəcək Prezident Kubokunda mübarizə aparacaqlar.

“İki sahil” xəbər verir ki, yarışda yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov Əli Həsənzadə, Zeynəb Səfərəliyeva, Rüqəyya Əliyeva (hər üçü 33 kq), Hüseyn Abbaslı, Anar Abdullazadə, Fatimə Zeynalova, Ləman Manafova, Fatimə İbişova (hamısı 37 kq), Murad Canaliyev, Səid Feyzullayev, Rasif Hacıyev, Məryəm Cəfərova, İnci Muradova (hamısı 41 kq), Gülay Əliyeva (44 kq), Novruz Əliyev (45 kq), Gülnar Rəsulzadə (47 kq), Amirabbas Fazlişahqoli, Ayxan Əhmadli (hər ikisi 49 kq), Çingiz Həsənov (53 kq), Türkan Yuniszadə (55 kq), Gülnaz Abdullayeva (+59 kq) və Sərxan Talıbzadəyə (65 kq) şans verəcək.

Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Anar Surxayzadə komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, yarış üç gün davam edəcək.