25 aprel 2024 14:14
524

Alimlər xərçəng hüceyrəsinin içini müşahidə ediblər

İngiltərənin Surrey Universitetinin alimləri xərçəng hüceyrələrinin içini müşahidə etməyə imkan verən unikal texnika hazırlayıblar.

Bu barədə “MIR 24” saytı xəbər paylaşıb.

Mikroskopik borulardan istifadə edərək xərçəng hüceyrələrini bir-bir çıxarılması texnikasında daha sonra onların lipid tərkibi təhlil edilir ki, bu da kütləvi spektrometriyadan istifadə etməklə mümkün olur.

Tədqiqatlar nəticəsində məlum olub ki, hər bir xərçəng hüceyrəsinin müalicəyə müxtəlif müqavimətini izah edən unikal “lipid profili” var. Alimlərin fikrincə, bu uğur xərçəngin daha effektiv müalicəsinin inkişafı üçün yeni imkanlar yaradacaq. Gələcəkdə tədqiqatçılar fərdi xərçəng hüceyrələrinin bir-biri ilə qarşılıqlı əlaqəsini öyrənməyi planlaşdırırlar ki, bu da fərdi terapiya yaratmaq üçün əsas yarada bilər.

Vüsal Cahanov, “İki Sahil”