25 aprel 2024 17:37
241

DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirilib FOTO

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) bu ilin birinci rübünün yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

“İki sahil”in DGK-ya istinadən verdiyi məlumata görə, komitə sədri Şahin Bağırov ölkənin davamlı iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində gömrük sisteminin müasir tələblərə uyğun şəkildə qurulması, gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədilə gömrük orqanları qarşısında müəyyənlişdərilən mühüm vəzifələrin icrası ilə bağlı zəruri işlərin həyata keçirildiyini vurğulayıb.

Bildirilib ki, bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, hədəflərə çatmağın təmin olunması və ilkin nəticələrin qiymətləndirilməsi, gömrük daxili əlaqələrin gücləndirilməsi, fəaliyyətin optimallaşdırılmasına yönələn səylər daha da artırılmalıdır.

İclasın gündəliyi təsdiq edildikdən sonra DGK sədrinin birinci müavini Bəhruz Quliyev gömrük orqanlarının cari ilin birinci rübü ərzindəki fəaliyyəti barədə hesabat nitqi ilə çıxış edib.

Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub.

İclasda birinci rübdə gömrük orqanlarının fəaliyyəti təhlil edilib, 2024-cü il ərzində müəyyən olunmuş məqsədlərə çatmaq üçün monitorinqlərin aparılması, əməkdaşların potensialının gücləndirilməsi, təşəbbüskarlığın artırılması, Komitənin strateji hədəflərinin reallaşdırılması istiqamətində tapşırıq və tövsiyələr verilib.