25 aprel 2024 19:47
243

Britaniya İrana yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yeni sanksiyalar İranın PUA sənayesini əhatə edir.

Məhdudiyyətlər İranın PUA istehsalı ilə məşğul olan dörd müəssisəsini və iki direktoruna qarşıdır.

Məlumata görə, bu, İranın İsrailə raket hücumuna cavabdır.