26 aprel 2024 08:13
206

Füzuliyə qayıdan sakin: 30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır

30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır, vətənimizə geri dönürük.

“İki sahil” xəbər verir ki, bunu Füzuliyə qayıdan sakin Ağa Abdullayev deyib.

O qeyd edib ki, Füzulini tərk etdiyimiz günlər bizim üçün çox ağır idi.

“30 ildə Vətən həsrəti ilə yaşamışam, əziyyətli günlərimiz çox olub. O günləri yada salmaq istəmirəm. Allaha şükürlər olsun ki, bu həsrət sona çatdı və biz artıq doğma kəndimizə qayıdırıq, gələcəyə baxırıq. Mən cənab Prezidentimiz İlham Əliyevə can sağlığı arzu edirəm, Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm. Onlar bizə bu sevinci yaşatdı, bizi doğma yurdumuza qaytardı”, - deyə o əlavə edib.