06 may 2024 17:45
759

Dişləri ağappaq etməyin YENİ ÜSULLARI

Diş problemləri riskini aradan qaldırmaq üçün gündəlik diqqət yetirməli olduğunuz məqamlar var. Daimi fırçalama və ağız baxımı gününüzün vacib hissəsi olmalıdır. Dişlərdəki sarı ləkələri yox edəcək formul isə bu meyvənin qabığında gizli olaraq qalır. Dişlər zamanla ağlığını itirə bilər. Qida qəbul edərkən qəhvə və ya çay zamanla dişlərin ağlığını itirməsinə səbəb olur. Bəs, dişləri yenidən necə ağartmaq olar?

Qazlı su və soda

Bu ikili qarışım diş ağartma üsulları arasında çox istifadə edilir. Bu iki maddənin qarışımı dişləri ağardan təsirli bir üsul ola bilər. Hər iki inqrediyenti pasta formasına çatana qədər qarışdırın və dişinizi fırçalayın.

Ancaq bu qarışığı hər zaman istifadə etmək düzgün deyil. 3-5 gün istifadə etdikdən sonra yenidən istifadə etməzdən əvvəl 6 ay gözləmək lazımdır. Əks halda dişləriniz sıradan çıxa bilər və zərərli təsirlərə səbəb olacaq. Bundan əlavə, həkiminizlə məsləhətləşərək evdə hazırlanan reseptlərdən istifadə edərək tətbiq edə bilərsiniz.

Alma sirkəsi ilə qarqara

Alma sirkəsinin dişlərinizi heyrətamiz dərəcədə ağartacağını bilirdinizmi? 3 ölçü su və 1 ölçü sirkəni qarışdırıb qarqara edə bilərsiniz. Bunun sayəsində ağızda olan bakteriya və iltihaba səbəb olan yantəsirlər yox olacaq. Dişlərinizdəki sarı ləkələr qısa müddətdə yox olacaq.

Banan qabığı

Banan qabığının içi dişləriniz üçün əla ağardıcı vasitə ola bilər. Tərkibindəki kalium, manqan və maqnezium kimi minerallar daha ağarmış dişlərə sahib olmanıza kömək edə bilər. Bu minerallar diş minası tərəfindən sorulur və ağ effekt verir. Dişlərinizi fırçaladıqdan sonra banan qabığının içini dişlərinizə çəkə bilərsiniz.

Çiyələk pastası

Çiyələklərdə olan alma turşusu xüsusilə çay və qəhvə ləkələrinə qarşı əla ləkə təmizləyicidir. Bu effektdən yararlanmaq üçün 2 çiyələyi əzib, soda ilə qarışdırmalısınız. Pastaya çevirdikdən sonra dişlərinizi 5-7 dəqiqə fırçalayın. Ancaq hər gün istifadə etmək faydalı deyil.

Orxan Vahidoğlu, "İki sahil"