26 aprel 2024 09:05
203

Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, metronun "Elmlər Akademiyası" stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Cahangirova R.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.