26 aprel 2024 12:05
235

"Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO

Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də "Gələcək özümü gələcək?" başlıqlı ikinci ictimai müzakirə keçirilib.

“İki sahil” xəbər verir ki,  bu dəfəki müzakirə "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, 15 apreldə "Gələcək əsr deyil, əsərdir!" mövzusunda keçirilən müzakirənin videoyası ictmaiyyətə tədqim olunub.