Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
“İki sahil” “Azərişıq" ASC-yə istinadla xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq