26 aprel 2024 17:09
235

Dünyada islamofobiya güclənib, mübarizə aparılmalıdır- Hakan Fidan

2019-cu ildən bəri bütün dünyada islamofobiya güclənib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Yeni Zellandiyadan olan həmkarı Vinstorn Peters ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, dünya ölkələrini islamofobiyaya qarşı mübarizə aparmağa çağırıb.

H.Fidan söyləyib ki, bu gün dünyanın bir çox yerlərində baş verən hərbi-siyasi proseslər bunun təzahürüdür.