26 aprel 2024 17:21
238

“Crocus"dakı terror hücumunda şübhəli bilinən daha bir Tacikistan vətəndaşı saxlanılıb

“Crocus City Hall”da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.

“İki sahil”in “TASS“a istinadən xəbərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.