26 aprel 2024 17:30
754

Əlcək və maskadan istifadə etməyən ARIÇI/VİDEO

Türkiyənin Ordu şəhərində arıçılıqla məşğul olan Abdulkadir Yirmibeşoğlu maskasız, əlcəksiz, yarıçılpaq vəziyyətdə arı pətəklərini açaraq arılara meydan oxuyur. Arılarının onu tanıdığını iddia edən Yirmibeşoğlu bu işin təhlükəli olduğunu, qaydaları bilməyənlərin bu işi sınamamasını bildirir.

Arıçılıqla məşğul olan 47 yaşlı Yirmibeşoğlu öz arılarına güvənini fərqli üsulla nümayiş etdirir. O,yarıçılpaq halda arı pətəklərinin arasına girir. Arıçı onlara güvəndiyini və günün müəyyən saatlarında pətəklərin arasına çılpaq girsə belə arıların ona heç nə etməyəcəyindən əminliyini bildirir.

Arı işi zarafat sevməz

Arıçı sözlərinə belə davam edib: “3 nəsildir arıçılıqla məşğul oluram. Bəzən yarıçılpaq videolar çəkib sosial şəbəkə səhifələrimdə paylaşımlar edirəm. Arıçılığı bildiyim üçün mənə heç nə etmirlər. Arıları qəzəbləndirməməlisən. Paltar təmiz olacaq, sabun və ətir iyi olmayacaq. Günəş qızan zaman nə etsəniz də, arı insanlara toxunmaz, çünki o, şirə almağa gedir. Təbii ki, bu oyun deyil. Arı işi zarafat sevməz, nəticəsi ağır ola bilər. İnsanların arı sancması nəticəsində komaya düşdüyünü gördüm.”

Arı pətəklərin hava şəraitinə və günün müəyyən saatlarına görə açılması lazım olduğunu izah edən Yirmibeşoğlu bildirib ki, günün isti saatlarında arıların ətrafına yarıçılpaq girə bilərsiniz: “Ancaq axşamlar yağışlı və buludlu havada bunu etməməlisiniz. O zaman arılar sənə hücum edə bilər. Mənə “arılara üfürən adam” da deyirlər.”

Vüsal Cahanov, “İki sahil”