2024-cü ilin yay mövsümü qapımızdadır. Rusiyalı biologiya elmləri namizədi Yekaterina Baranova və doktor Aleksandr Myasnikov "Rossiya 1" telekanalında "Ən vacibi haqqında" proqramında həyətyanı bağlarda sağlamlıq üçün ilk növbədə nə əkilməsi lazım olduğunu söyləyib.
Proqramın mütəxəssisləri müxtəlif növ soğanların, xüsusən də rəngli soğanların əkilməsini məsləhət görüblər. Soğanların tərkibində çoxlu miqdarda şəkər, bir çox müxtəlif metalların, məsələn, misin olduğunu və onların insanın müxtəlif ferment sistemlərinin, o cümlədən tənəffüs sisteminin əsasını təşkil etdiyini açıqlayıblar. “Bunlar həqiqətən də dərman bitkisidir. Amma soğan və sarımsağın tərkibində zəhərli maddələr də var, ona görə də mədə probleminiz varsa, onlardan sui-istifadə etməmək daha yaxşıdır”,-deyə mütəxəssislər qeyd ediblər.
Həmçinin, Ekaterina Baranova və doktor Myasnikov çox rəngli tərəvəzlər, loru dildə borş dəsti adlandırdıqları bitkilərin-çuğundur, yerkökü, kələm və kartofun əkilməsini tövsiyə ediblər. Tərkibində çoxlu miqdarda vitamin və mikroelementlər, müxtəlif piqmentlər, flavonoidlər olan bu bitkilər sağlamlığa çox ciddi dəstəkləyici tibbi təsir göstərir. Onlar xatırladıblar ki, yerköküdə olan vitaminlər yalnız yağ və ya xama ilə yeyildikdə orqanizm tərəfindən yaxşı mənimsənilir. “Müxtəlif növ göyərtilər-cəfəri, cilantro, kərəviz də sağlamlıq üçün olduqca faydalıdır”,-deyə Myasnikov fikrini tamamlayıb.
Nubar Süleymanova, “İki sahil”